Xəbər lenti

Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatdı
Siyasət 09:26 02.07.2026

Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatdı

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana işgüzar səfəri iyulun 2-də başa çatıb.

Qaynarinfo xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər yola salıblar.
--> -->