Xəbər lenti

Eyni risklər, fərqli yaşlar: Ürək xəstəlikləri niyə kişiləri daha erkən tutur?
Sağlamlıq 13:28 06.02.2026

Eyni risklər, fərqli yaşlar: Ürək xəstəlikləri niyə kişiləri daha erkən tutur?

Ürək və damar xəstəlikləri dünya üzrə həm kişilər, həm də qadınlar üçün əsas ölüm səbəbi olmağa davam edir. Lakin yeni aparılan geniş tədqiqat göstərir ki, bu həyati risk cinslər arasında eyni vaxt cədvəlini izləməyir.

Qaynarinfo xəbər verir ki, "Journal of the American Heart "Association jurnalında dərc olunan nəticələrə görə, kişilər ürək xəstəlikləri ilə qadınlardan təxminən yeddi il əvvəl qarşılaşır. Xüsusilə ürəyi qidalandıran damarların tıxanması ilə yaranan koronar ürək xəstəliyində bu fərq on ilə qədər çıxa bilir.

Tədqiqatçılar 1985–2020-ci illər arasında 5 mindən çox yetkin şəxsi mərhələ-mərhələ izləyərək tibbi dünyaya çox dəyərli bir məlumat bazası təqdim ediblər. CARDIA adlanan bu araşdırma, gənclikdən orta yaşın sonuna qədər 30 ildən artıq bir dövrü əhatə edir. Elde olunan nəticələr göstərir ki, kişi və qadın arasındakı risk fərqi 35 yaşdan etibarən açılmağa başlayır. Maraqlıdır ki, bədən kütlə indeksi, təzyiq, şəkər səviyyəsi, siqaret istifadəsi və qidalanma keyfiyyəti kimi klassik risk faktorları bərabərləşdirilsə belə, kişilər daha həssas qalır. Bu, yalnız bioloji fərqliliklərin deyil, həm də sosial vərdişlərin rol oynadığını göstərir.

Önləmə fürsətini itirməmək həyati əhəmiyyət daşıyır

Mütəxəssislər bildirir ki, kişilərin ürək sağlamlığını yoxlatmaq üçün orta yaşı gözləməsi "kritik fürsət pəncərəsinin itirilməsi” deməkdir. Tədqiqat göstəricilərinə görə, kişilərin 50 yaşına çatanda təxminən 5%-i hər hansı bir ürək xəstəliyi ilə üzləşir; qadınlarda isə bu faiz 57 yaşında əldə olunur. Lakin bu vəziyyət ürək xəstəliyinin yalnız kişi problemi olduğu səhv təsəvvürünə yol verməməlidir. Mütəxəssislər vurğulayır ki, insult və ürək çatışmazlığı kimi hallarda iki cins arasında yaş fərqi əhəmiyyətli deyil. Həmçinin qadınlarda menopoz sonrası östrojen qorumasının azalması ilə ürək xəstəliyi riski sürətlə yüksəlir və bu proses çox vaxt diqqətdən yayınır.

Cinslər arasındakı bu zamanlama fərqinin digər səbəbi isə sağlamlıq xidmətlərinə müraciət vərdişləridir. Məlumatlar göstərir ki, 18–44 yaş arası qadınlar, xüsusilə qadın doğum müayinələri vasitəsilə, kişilərdən dörd dəfə çox profilaktik tibbi ziyarət edir. Kişilər isə adətən şikayət yaranana qədər həkimə müraciət etmir, bu da xəstəliyin səssiz irəliləməsinə səbəb olur. Alimlər bildirir ki, gənc yaşdakı kişilərin müntəzəm müayinələrə təşviq edilməsi həyati riskləri daha erkən qarşısını ala bilər.

Nəticə etibarilə, ürək sağlamlığı cinsdən asılı olmayaraq hər kəs üçün prioritet olmalıdır. Kişilər 30 yaşlarından etibarən müntəzəm yoxlamalara başlamalı, qadınlar isə menopoz dövründə risk artışına diqqət etməlidir. Sağlam qidalanma, müntəzəm fiziki aktivlik və siqaretsiz həyat, hansı yaşda olursunuzsa olun, ürəyinizi qorumağın ən güclü yollarıdır.

Aydın
--> -->