Xəbər lenti

Fərman Abbasov Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi (YENİLƏNİB)
Ölkə 11:53 24.10.2025

Fərman Abbasov Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi (YENİLƏNİB)

Milli Məclis Naxçıvan Ali Məhkəməsinin hakimi Fərman Abbasovun vəzifəsindən azad edilməsini təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı müvafiq sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən, Fərman Məmməd oğlu Abbasov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilib. Qərar layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olunub.

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->