Xəbər lenti

Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq
Ölkə 16:29 18.02.2026

Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi deputatlarının köməkçiləri olacaq.

Qaynarinfo xəbər verir ki, bununla bağlı "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişikliklər Ali Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər. Belə ki, deputatın köməkçiləri Naxçıvan MR-nin büdcəsi hesabına saxlanılacaq. Onların işə qəbulu əmək qanunvericiliyi ilə tənzimlənəcək.

Deputatın köməkçisinə aid əlavə tələblər Ali Məclis sədrinin qərarı ilə müəyyən ediləcək.

Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.

--> -->