Xəbər lenti

İran, Rusiya və Çin birgə hərbi təlim keçirəcək
Dünya 18:06 18.02.2026

İran, Rusiya və Çin birgə hərbi təlim keçirəcək

İran, Rusiya və Çinin sabah Oman körfəzi və Hind okeanının şimalında hərbi təlimlər keçirəcəyi bildirilir.

Qaynarinfo xəbər verir ki, İran mediası İran, Rusiya və Çin arasında keçirilən illik "Dəniz təhlükəsizlik kəməri” təliminin sabah Oman körfəzi və Hind okeanının şimalında baş tutacağını açıqlayıb.

Qeyd edək ki, İran, Rusiya və Çin 2019-cu ilin dekabr ayından etibarən hər il eyni bölgədə "Dəniz təhlükəsizlik kəməri” adı altında təlimlər keçirir.
Günay
--> -->