Donbasın tam işğalı üçün Rusiyaya daha iki il vaxt lazımdır. Görünür, Kremldə bu hesablamalardan xəbərdardırlar və müharibəni məhz bu ssenari üzrə davam etdirməyə razıdırlar.
Qaynarinfo xəbər verir ki, "The New York Times" nəşrinin yazdığına görə, Qərb kəşfiyyat orqanlarının qiymətləndirmələrinə əsasən, Vladimir Putin Ukrayna ilə müharibədə qalib gəldiyinə inanır.
"Nə qədər ki, Donbas üzərində tam nəzarəti bərqərar etmək üçün 18 aydan iki ilə qədər vaxt lazım ola bilər, o hesab edir ki, hər döyüş günü və Rusiya raketləri və pilotsuz uçuş aparatlarının enerji infrastrukturu və yaşayış binalarına düşdüyü hər gecə ona daha çox üstünlük qazandırır", deyə nəşrdə bildirilir.
Bununla yanaşı, qəzet qeyd edir ki, son aylarda Rusiya iqtisadiyyatı ciddi problemlərlə üzləşir. Eyni zamanda Donald Tramp müharibənin başa çatacağı təqdirdə Kremlə Rusiyaya iri həcmli investisiyalar təklif edir.
"Belə dinamikanı nəzərə alaraq, bəzi analitiklər hesab edirlər ki, cənab Putin hələ də Ukraynada döyüş əməliyyatlarının dayandırılması ilə bağlı razılaşma əldə edə bilər. Xüsusilə də əgər o, ABŞ ilə genişmiqyaslı yaxınlaşmanı və Ukrayna qoşunlarının Donbasın qalan hissəsindən çıxarılmasını təmin edə bilsə", deyə "The New York Times” yazır.
Rusiya Donbasın ona verilməsini tələb edir ki, Kreml müharibədə qənimət kimi Rusiya ictimaiyyətinə təqdim edə biləcəyi ən azı bir nəticə əldə etsin. Bunun əvəzində Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə bəyan edib ki, Donbas sadəcə olaraq Rusiyaya verilməyəcək. Zelenski həmçinin vurğulayıb ki, Donbasın tam işğalı Rusiyaya əlavə 800 min hərbçi bahasına başa gələ və təxminən iki il çəkə bilər. Onun fikrincə, Rusiya iqtisadiyyatı bu qədər yükə tab gətirməyəcək.
Aydın
Şərhlər