Dünya 18:12 09.08.2022

"Fəth" hərəkatının komandiri Nablusda öldürüldü

Nablusda Fələstinin "Fəth" hərəkatının "Əl-Əsqa" qanadımın komandiri İbrahim əl-Nablisi və qruplaşmanın daha üç üzvü İsrail qüvvələri tərəfindən öldürülüb.

Qaynarinfo bu barədə "Jerusalem Post”a istinadən xəbər verir.

Məlumata görə, İsrail qüvvələri İordan çayının qərb sahilindəki Nablus şəhərinə hücum edib. İbrahim əl-Nablisi və qruplaşmanın daha üç  üzvü burda öldürülüb.

Qeyd edək ki, son günlər İsrail ordusu "İslami Cihad" qruplaşmasının da üç önəmli komandirini - Xalid Mənsur, Təsir-əl-Cəbbari və Basem Səədini öldürüb.

Aydın