Türkiyənin 10 vilayətində baş verən zəlzələ ilə əlaqədar Türkiyə Futbol Federasiyası (TFF) transfer müddətinin uzadılması üçün FİFA-ya müraciət etmişdi.
Qaynarinfo xəbər verir ki, beynəlxalq futbol qurumundan sözügedən müraciətə müsbət cavab verilib. Bu barədə TFF-nin rəsmi saytında məlumat yer alıb.
Məlumatda "Federasiyamız tərəfindən 06 fevral 2023-cü il tarixində FİFA-ya etdiyimiz rəsmi müraciətimiz bu gündən təsdiqləndi və 2022-2023 futbol mövsümü üçün ikinci transfer və qeydiyyat müddəti 18 fevral 2023-cü il tarixinə qədər uzadıldı" - sözlərinə yer verilib.
Səbuhi Həsənov
Şərhlər