Xəbər lenti

Fiko Rusiyaya qarşı çıxmaq qarşılığında hansı təminatlar aldığını etiraf etdi
Dünya 13:06 15.07.2025

Fiko Rusiyaya qarşı çıxmaq qarşılığında hansı təminatlar aldığını etiraf etdi

Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, Avropa Komissiyası ölkəsinə Rusiyadan qaz idxalından imtina ilə bağlı planlara dair müəyyən "təminatlar" təklif edib. Bu təminatlar, onun sözlərinə görə, Slovakiyanın Rusiyaya qarşı 18-ci sanksiya paketinə dəstək verməsi müqabilində verilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASR agentliyi məlumat yayıb.

Fiko bildirib ki, Avropa Komissiyası Avropa İttifaqına Rusiya təbii qazının nəqlinin dayandırılması ilə bağlı plan çərçivəsində Slovakiyaya yazılı təminat layihəsi təqdim edib. Bu təklif hazırda masadadır. Baş nazir onu aidiyyəti siyasi partiyaların rəhbərlərinə göndərdiyini və onların cavabını gözlədiyini deyib.

O, həmçinin xatırladıb ki, Slovakiya Aİ-nin üzv dövlətlərinin yekdil səsverməsini tələb edən sanksiya paketinə səs verməyəcək – əgər Avropa Komissiyası Rusiyadan qaz idxalının 2028-ci il yanvarın 1-dən dayandırılmasına dair "demaqoji və zərərli” təklifinin nəticələri ilə bağlı ən azı minimal təminat verməzsə.

"Rusiyaya qarşı bu qədər obsessiv münasibət hökm sürür ki, Komissiyanın bu qaz təklifini geri çəkdirmək şansımız yoxdur. Komissiya bu təklifi biz yüz dəfə əleyhinə səs versək də irəli aparacaq – və biz elə də edəcəyik. Biz Komissiyanın bu çılğınlığına heç vaxt səs verməyəcəyik”, – deyə Fiko bildirib.

Baş nazir əlavə edib ki, bu mübahisənin yüz faiz nəticə ilə udulacağına inanmaq olmaz:
"Komissiyanın bu bədbəxt fəaliyyət səhifəsini tezliklə bağlamağı istərdim, amma hələ də 18-ci sanksiya paketini dəstəkləməmək imkanımı saxlayıram”.

Bundan başqa, "Bloomberg” nəşrinin məlumatlı mənbələrinə əsasən, Avropa İttifaqı rus neftinə tətbiq edilən qiymət tavanını dünya bazar qiymətlərinə bağlamağı nəzərdən keçirir. Təklifə əsasən, yeni tavan qiymət dünya bazar qiymətindən 15% aşağı olacaq və hər üç ayda bir yenidən nəzərdən keçiriləcək. Bu istiqamətdə ilk addım isə hazırkı 60 dollar/barrel tavanının 50 dollara endirilməsi ola bilər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->