Xəbər lenti

Ölkə 16:16 30.06.2025

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirildi

Bu il Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.

Bu barədə Qaynarinfo "Formula-1"in rəsmi saytına istinadən xəbər verir.

Bildirilib ki, buna səbəb sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunmasıdır.

Qeyd edilib ki, yarış Bakıda sentyabrın 24, 25 və 26-da keçiriləcək.

Xatırladaq ki, təqvimin əvvəlki versiyasında yarışın 25, 26 və 27 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulmuşdu.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->