"Avropa sabah səhər tezdən başlaya biləcək qaçılmaz müharibəyə hazırlaşmalıdır".
Qaynarinfo xəbər verir ki, bunu Fransa Ordusunun Baş Qərargah rəisi, general Pyer Şill bildirib.
"Müharibəyə doğru addım qətiyyən qaçılmaz deyil. Hər şey dəyişə bilər, hətta sabh səhər də", deyə general qeyd edib.
Buna görə də Şill Fransanı getdikcə daha ciddi və radikallaşan təhdidlərə hazırlaşmağa çağırıb.
Generalın sözlərinə görə, dünya elə bir inkişaf mərhələsinə qədəm qoyub ki, güc tətbiqi yenidən bəzi böyük dövlətlər üçün adi görünə biləcək bir şeyə çevrilir.
Ordu generalının sözlərinə görə, bu gün beynəlxalq münasibətlər imperiyaların qayıdışı ilə xarakterizə olunur: "İmperatorluqla üz-üzə gələndə ya vassal olursan, ya da düşmən".
Aydın
Şərhlər