Xəbər lenti

Tülin Ələkbərova haqda bu dəfə həbs qərarı verildi
Ölkə 22:04 06.12.2025

Tülin Ələkbərova haqda bu dəfə həbs qərarı verildi

İki gün əvvəl quldurluq şübhəsi ilə saxlanılan kikboksçu Tülin Ələkbərova və tələbəsi Abbas Rəhimli məhkəməyə çıxarılıb.

"Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə onların hər ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Müəllim və tələbə birbaşa istintaq təcridxanasına aparılıblar.

Qeyd edək ki, Tülin və Abbas bir nəfərə kəsici alətlə xəsarət yetirərək quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə ittiham olunurlar. T. Ələkbərova xuliqanlıq cinayətinə görə 6 aylıq məhkum edilib. Hələ ki cəzası başa çatmayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->