Xəbər lenti

Təhsil şöbəsi deputatın şirkətindən mebel alır
Ekonomiks 16:26 06.12.2025

Təhsil şöbəsi deputatın şirkətindən mebel alır

Naxçıvan Şəhər Təhsil Şöbəsi "Embawood" MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo xəbər verir ki, qurum şirkətdən mebel avadanlıqları almağı planlaşdırır. Buna görə "Embawood” MMC-yə 82 085,52 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Embawood” MMC-nin 11 iyun 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 3750 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, B.Bağırova küçəsi, ev 15 A-da yerləşən "Embawood” MMC-nin qanuni təmsilçisi Əliyev Emil Vaqif oğludur. Emil Əliyevin haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

"Embawood” şirkətinin təsisçisi deputat Məşhur Məmmədovdur. Bu fakt onun haqqındakı bioqrafik məlumatlarda da əks olunub. Həmin məlumatlarda qeyd edilir ki, 1996-cı ildə şirkəti təsis edən Məşhur Məmmədov 2011-ci ilə kimi onun baş direktoru olub. 2011-2013-cü illərdə isə  "Embawood Gürcüstan” şirkətinin baş direktoru olan deputat 2013-2015-ci illərdə "Embawood” MMC-nin təsisçisi kimi qalmaqla şirkətin direktor müavini vəzifəsində işləyib. 

Məşhur Məmmədov 2020-ci ildən deputatdır. O, hazırki parlamentdə 74 saylı Masallı seçki dairəsini təmsil edir. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->