Xəbər lenti

Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri bu qədər olacaq
Ekonomiks 19:01 17.10.2025

Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri bu qədər olacaq

2026-cı ildə müdafiə və milli təhlükəsizlik xərclərinə 9 milyarda yaxın vəsait ayrılacaq.

Qaynarinfo xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, müdafiə və təhlükəsizlik xərclərinə 8 714 781 860,0 manat vəsait ayrılması nəzərdə tutulur.

Onun 3 030 735 789,0 manatı müdafiə qüvvələrinə, 480 623 148,0 manatı milli təhlükəsizlik, 541 633 496,0 manatı sərhəd xidmətinə, 5 091 411,0 manatı müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara, 4 656 698 016,0 manatı müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlərə ayrılacaq. müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlərə ayrılacaq 4 656 698 016,0 manat vəsaitin 4 500 000 000,0 manatı xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə ayrılacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->