Dünyanın ən populyar mesajlaşma tətbiqi "WhatsApp" "WhatsApp Plus” adı altında ödəməli abonelik sistemi üzərində işləyir. Tətbiqin əsas funksiyaları hələ də pulsuz olaraq qalacaq, lakin bəzi əlavə xüsusiyyətlər yalnız ödəniş edən istifadəçilərə təqdim olunacaq.
Qaynarinfo xəbər verir ki, son illərdə mesajlaşma tətbiqlərində və digər rəqəmsal platformalarda ödəməli üzvlük sistemi getdikcə genişlənir. Bu sistemlər vasitəsilə istifadəçilər tətbiqdə daha çox xüsusiyyət və üstünlüklərə sahib ola bilirlər.
Məlumata görə, "WhatsApp Plus" istifadəçilərə əlavə fərdiləşdirmə imkanları təqdim edəcək. Belə ki, istifadəçilər tətbiqin ikonunu dəyişə, fərqli rəng seçimləri və xüsusi zəng tonlarından yararlana biləcəklər. Eyni zamanda, pulsuz versiyada maksimum üç söhbət sabitlənə bilirsə, "WhatsApp Plus" ilə bu sayı artırmaq mümkün olacaq.
Ödənişli paketdə xüsusi stikerlər və bəzi əlavə funksiyaların da olacağı bildirilir. Lakin "Meta" hələ mövzu ilə bağlı rəsmi açıqlama verməyib. Ekspertlər isə "Meta"nın son dövrlərdə tətbiqlərinə əlavə etdiyi ödəməli funksiyaların, "WhatsApp" üçün planlanan abonelik modelinin işarəsi ola biləcəyini qeyd edirlər.
Milyonlarla istifadəçi üçün "WhatsApp Plus" xəbəri sürpriz sayılır və ödənişli sistemin tətbiqinə dair rəsmi açıqlama gözlənilir.
Günay
Şərhlər