Tiktoker "Şiva” saxlanılıb.
Qaynarinfo xəbər verir ki, "TikTok"da əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə "Şiva" adlı səhifəni idarə edən 35 yaşlı Hüseyn Məmmədovu polis saxlayıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.
Müvafiq qərarla H. Məmmədov inzibati qaydada həbs edilib.
Şərhlər