Gəncə şəhərində Abbas Səhhət adına Birləşmiş Xəstəxananın həyətində yanğın baş verib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, xəstəxananın həyətində formalaşan tibbi tullantılar naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb.
Alov və tüstü tibb müəssisəsində ciddi təşvişə səbəb olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın qısa müddətdə söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.
Şərhlər