Xəbər lenti

Şuşa Qlobal Media Forumu başa çatdı
Ölkə 21:12 21.07.2025

Şuşa Qlobal Media Forumu başa çatdı

Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunan "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilmiş 3-cü Şuşa Qlobal Media Forumunun son günü iştirakçılar üçün yaddaqalan və zəngin proqramla yekunlaşıb.

Qaynarinfo xəbər verir ki, günün sonunda Şuşanın füsunkar təbiət qoynunda, açıq havada təşkil olunmuş xüsusi tədbirdə Forum iştirakçıları Azərbaycan mətbəxinin zənginlikləri ilə tanış olublar. Tədbirdə tanınmış yerli və xarici aşpazlar tərəfindən müxtəlif milli yeməklərin, o cümlədən qutab, kabab, dolma və digər ənənəvi təamların canlı hazırlanması nümayiş etdirilib. Hazırlanan yeməklər yerindəcə qonaqlara təqdim olunub. Aşpazlar, həmçinin qonaqlara yeməklərin hazırlanma prosesi, istifadə olunan yerli məhsullar və qədim kulinariya ənənələri barədə məlumat veriblər.
Ləziz şam yeməyi ilə yanaşı, tədbir boyu canlı musiqi proqramı da təqdim olunub. Yerli ifaçılar və musiqi qrupları Azərbaycan xalq və estrada musiqilərini, həmçinin xarici repertuardan sevilən mahnıları səsləndiriblər. Musiqi və kulinariya harmoniyası, Forum iştirakçılarında mədəni zənginliyimizə və qonaqpərvərliyimizə böyük maraq oyadıb.

Qonaqlar üçün yaradılmış bu rahat və isti mühit, Forumun rəsmi hissəsinin sonunda beynəlxalq jurnalist və media nümayəndələri arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->