Əziz oxucular!
"Qaynarinfo.az” sabahdan etibarən yeni layihəyə başlayır.
Layihənin məqəsdi Azərbaycanın uzaq və yaxın tarixi ilə bağlı qaranlıq səhifələrə işıq tutmaq, mübahisəli məqamlara aydınlıq gətirməkdir.
Şair, araşdırmaçı publisist Elnur Astanbəylinin hazırladığı "Gizli Azərbaycan” başlıqlı bu silsilə yazılarda hər həftənin çərşənbə günü keçmişimizlə bağlı doğru bilinən yanlışları, yanlış bildiyimiz doğruları yalnız və yalnız tarixi sənədlərin, mötəbər qaynaqların köməyi ilə gözdən keçirəcəyik.
Tariximizlə bağlı qeyd-şərtsiz həqiqət kimi qəbul etdiyimiz hansı hadisələr əslində mif, mif kimi qəbul etdiyimiz nələr əslində həqiqətdir?
Bu sualla yola çıxan "Gizli Azərbaycan” layihəsi çərçivəsində yayımlayacağımız ilk yazı Səfəvi hökmdarı Şah I İsmayılın həyat yoldaşı Taclı bəyimlə bağlı onillərdir mübahisə mövzusu olan bir iddiaya həsr olunub.
Taclı bəyim doğrudanmı Çaldıran döyüşündə Osmanlı ordusuna əsir düşüb? Sualın cavabını bilmək istəyirsinizsə, saytımızı izləməyi unutmayın.
DİQQƏT! Layihə yalnız
saytın abunəçiləri üçün əlçatan olacaq. Abunə olmaq üçün
tıklayın.
Şərhlər