ABŞ prezidenti Donald Trampın nitqinə ayrılan uzun vaxt fonunda Almaniya kansleri Fridrix Merzin Ağ Evdə biabır olmaq üçün demək olar ki, heç bir şansı olmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşrində jurnalist Florian Kayn yazır.
Onun sözlərinə görə, Tramp həmin gün əhvalında olub və bu da alman kanslerinin işini asanlaşdırıb – görünür, Merzin də bu vəziyyət ürəyincə olub.
Kayn qeyd edir ki, Almaniya hökumətində Tramp kimi "özünü bəyənmiş” bir prezidentlə görüşdən əvvəl gözləntilər o qədər yüksək olub ki, Mersin əsas məqsədi görüşü "şir yuvasında” gərginlik və qalmaqalsız keçirmək imiş.
Jurnalist xatırladır ki, Tramp daha əvvəl bir sıra dövlət liderlərini pis vəziyyətdə qoyub.
"Amma Merz daha irəli getdi. O, ABŞ-ın və onun prezidentinin məsuliyyət və vicdanına müraciət edərək Rusiyanın Ukraynaya hücumundan sonra Avropanı tək qoymamağa çağırdı”, deyə Kayn yazır.
Beləliklə, Rusiya lideri Putinin rejiminə qarşı birgə sanksiyaların sərtləşdirilməsi, Trampın buna istəkli olmamasına baxmayaraq, hələ də mümkündür.
Kayn yazır ki, Merz görüş zamanı hər saniyədə özünə əmin görünür və dediklərini dəqiq bilirdi. O, Trampın ciddi qəbul etməli olduğu bir dövlət xadimi obrazında çıxış etdi.
Jurnalist alman kanslerinin Trampa təqdim etdiyi hədiyyəyə də toxunur: Trampın Almaniyadan ABŞ-a mühacirət etmiş babasının doğum şəhadətnaməsi uğurlu jest olub. Tramp bu hədiyyəyə müsbət reaksiya verib və Merzin onu Almaniyaya – babasının vətəninə dəvətini dərhal qəbul edib.
"Gördünmü, kansler, heç də ağrılı olmadı!”, deyə Florian Kayn məqaləsini yekunlaşdırır.
Mayın 31-də Fridrix Merzin ABŞ-a gedəcəyi məlum olmuşdu. Almaniya hökuməti həmin vaxt bildirmişdi ki, görüş zamanı liderlər Rusiya-Ukrayna müharibəsini, Yaxın Şərqdəki vəziyyəti və ticarət məsələlərini müzakirə edəcəklər.
İyun ayının 5-də kansler Vaşinqtona çatıb və Trampla görüşüb. Mers ABŞ liderləri üçün ayrılmış Blair House rezidensiyasında yerləşdirilib. Bu iqamətgah "dünyanın ən dəbdəbəli oteli” kimi tanınır. Orada alman kanslerini klassik interyerlər, zəngin bəzədilmiş otaqlar və vaxtilə şahzadə Diana ilə Jaklin Kennedinin qaldığı çəhrayı yataq otağı qarşılayıb.
Alpər
Şərhlər