Hazırda Ukrayna ərazisində təxminən 700 min Rusiya hərbçisi yerləşdirilib.
Qaynarinfo xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) nümayəndəsi Andrey Yusov Новости.LIVE-ə
müsahibəsində deyib.
O, bu sayın arxa cəbhə qüvvələrini, xüsusi xidmət orqanlarını və Rosqvardiyanı da əhatə etdiyini bildirib.
Yusovun sözlərinə görə, Rusiya qruplaşmasının əsas hissəsi Donetsk vilayətində cəmləşib ki, bu da Kreml üçün əsas prioritetin həmin istiqamət olduğunu göstərir.
Eyni zamanda, QUR rəsmisi vurğulayıb ki, Şimali Koreya əsgərləri yalnız Rusiya ərazisində döyüşürlər.
KXDR-in Ukraynaya qarşı döyüşlərdə iştirak etmək üçün əsgər göndərdiyi ötən ilin payızında məlum olmuşdu. Həmin vaxt söhbət 12 min əsgərdən gedirdi.
Bu ilin yazında isə Cənubi Koreya kəşfiyyatı bildirmişdi ki, Rusiyaya daha 3000 şimalikoreyalı hərbçi göndərilib.
Britaniya kəşfiyyatının məlumatına görə, mart ayına qədər şimalikoreyalı hərbçilər Rusiya Federasiyasının Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşlərdə 5000-dən çox itki verib.
Sentyabrın əvvəlində isə Cənubi Koreya kəşfiyyatı təxminən 2000 şimalikoreyalı hərbçinin öldürüldüyünü açıqlamışdı. Onların fikrincə, Pxenyan əlavə qüvvələr də göndərə bilər.
Alpər
Şərhlər