Xəbər lenti

Zelenski Putini Ukraynaya dəvət etdi:
Dünya 10:45 06.09.2025

Zelenski Putini Ukraynaya dəvət etdi: "O özü də bilir ki..."

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvaya gəlmək təklifini rədd edib və bildirib ki, o özü Kiyevə gələ bilər. 

Qaynarinfo xəbər verir ki, Zelenski bunu "ABC News"a müsahibəsində deyib.

''O, Kiyevə gələ bilər. Mən Moskvaya gedə bilmərəm, çünki ölkəm hər gün raket zərbələri, hücumlar altındadır. Mən bu terrorçunun paytaxtına gedə bilmərəm'', deyə dövlət başçısı vurğulayıb və əlavə edib ki, bunu Putinin özü də başa düşür.

Zelenskinin fikrincə, Putinin təklifinin məqsədi görüşü uzatmaq olub, halbuki Ukrayna prezidenti dəfələrlə Kremlin rəhbəri ilə istənilən formatda görüşməyə hazır olduğunu bəyan edib.

''Əgər insan müharibə vaxtı görüşmək istəmirsə, əlbəttə, elə bir şey təklif edə bilər ki, nə mənim, nə də başqalarının qəbul edə biləcəyi olsun'', deyə o bildirib.

Xatırladaq ki, avqustun sonunda ABŞ prezidenti Donald Tramp Putinlə Zelenski arasında yaxın vaxtlarda ikitərəfli görüşün olacağına şübhə etdiyini demişdi, baxmayaraq ki, bundan əvvəl onun hazırlığı barədə danışmışdı. Öz iştirakı ilə üçtərəfli görüşə gəlincə, Tramp bunun mümkün ola biləcəyini vurğulamışdı.

Bundan başqa, Almaniya kansleri Fridrix Merz də Zelenski ilə Putinin görüşünün baş tutmayacağına əmin olduğunu demişdi. O, Fransa prezidenti Emmanuel Makronla görüşündən öncə bildirmişdi ki, Almaniya və Fransa hökumətləri Ukraynada müharibəni ''Zelenski ilə Putinin görüşünün baş tutmayacağı faktını nəzərə alaraq'' müzakirə edəcəklər – baxmayaraq ki, ötən həftə Vaşinqtonda Tramp və Putin arasında bununla bağlı razılıq əldə olunmuşdu.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Putin və Ukrayna prezidenti Zelenski ilə müharibəni müzakirə etdikdən sonra bildirib ki, tərəflər hələ ikitərəfli görüşə ''hazır deyillər''.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->