Xəbər lenti

Goranboyda 3 nəfər balıqdan zəhərləndi
Ölkə 19:29 29.12.2025

Goranboyda 3 nəfər balıqdan zəhərləndi

Goranboyda 3 nəfər qidadan zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki rayon sakinləri 1965-ci il təvəllüdlü Ş.Əhmədova, 1990-cı il təvəllüdlü M.Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir.Onlar yaşadıqları evdə balıq yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.
 
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
--> -->