Xəbər lenti

Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanada öldü
Ölkə 23:30 20.03.2026

Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanada öldü

Goranboyda döyülmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Belə ki, rayon sakini 1994-cü il təvəllüdlü Ə. Əliyev döyülmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yeləşdirilib.

Dərhal ona yardım edilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq 32 yaşlı kişini xilas etmək mümkün olmayıb.

Məlumata görə Ə. Əliyev qonşu tərəfindən döyülüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
--> -->