Xəbər lenti

Günün reallığında Zəngəzur dəhlizi:
Siyasət 16:47 20.06.2025

Günün reallığında Zəngəzur dəhlizi: "Ermənilər başa düşür ki..."

"Mövcud vəziyyətdə Zəngəzur dəhlizinin açılmasına olan ümidlər də artır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşad Həsənov Yaxşın Şərqdə baş verən hadisələrin Zəngəzur dəhlizinin aktuallığına təsirini şərh edərkən deyib.

"Yaxın Şərq od tutub yanır. Başlanan münaqişə hər iki tərəf üçün çox ağır fəsadlar törədir. Onun regionumuza, Azərbaycanın özünə də müəyyən təsirləri var. Belə bir şəraitdə Zəngəzur dəhlizinin açılması daha da aktuallaşır. Bu məsələ ilə bağlı Ermənistan parlamentinin sədri Simonyan bildirib ki, dəhliz yox, yol açılacaq. Azərbaycan Prezidenti dünən Türkiyədə olarkən Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə də böyük ehtimalla Zəngəzur dəhlizinin açılması məsələsi də müzakirə olunub. Bu gün isə Ermənistan baş naziri Nikol Paşinyan Ankaradadır. Onun da Ərdoğanla görüşü gözlənilir. Hesab edirəm ki, həmin görüşdə Ermənistan Türkiyə münasibətlərinin yaxşılaşdırılması ilə yanaşı, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması, eyni zamanda, Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən Zəngəzur dəhlizinin açılması istiqamətində də müzakirələr olacaq", deyə Elşad Həsənov vurğulayıb.
 


Ekspert düşünür ki, Paşinyan yolun açılmasına nəhayət razılıq verəcək:

"Gələcəkdə elə məhz Türkiyədə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması da baş verəcək. İrəvan Rusiyanın təsirindən çıxmağa çalışır. Bu əsasda onlar başa düşürlər ki, nicatları yalnız Türkiyə və Azərbaycandır. Ona görə də Ermənistan rəhbəri ilk dəfə olaraq Türkiyəyə rəsmi səfər edir. Bu isə irəliyə doğru atılmış addım olacaq. Həm də burada regionda təhlükəsizliyin təmin olunmasına yönəlik mühüm addımların əsası qoyulacaq".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->