Türkiyədə səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət etməyi planlaşdırır.
"Report” yerli KİV-ə istinadən xəbər verir ki, baş nazir bunu İstanbuldakı erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Ərdoğanı "Avropa Siyasi Birliyi”nin 2026-cı ildə İrəvanda keçiriləcək sammiti çərçivəsində Ermənistanda gözləyirlər.
Xatırladaq ki, Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə ilk işgüzar səfərə gedib və onlar arasında görüş planlaşdırılıb.
Şərhlər