Xəbər lenti

Onkoloji xəstəliklərin sığorta paketinə daxil edilməsi: İlk addım atılsa... - Ekspert
Sağlamlıq 20:07 20.06.2025

Onkoloji xəstəliklərin sığorta paketinə daxil edilməsi: İlk addım atılsa... - Ekspert

"Onkoloji xəstəliklərin hamısı İcbari Tibbi Sığorta zərfinə daxil edilməlidir”.  

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Aydın Əliyev ilin sonuna kimi onkoloji xidmətlərin bir qisminin sığorta zərfinə daxil edilməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Ekspert hesab edir ki, onkoloji xəstəliklərin bir qisminin sığorta paketinə daxil edilməsi yanlış qərardır:

"Onkoloji xidmətlərin müayinə və müalicəsi çox bahadır. Ona görə də bütün xidmətlər icbari tibbi sığorta zərflərinə daxil edilməlidir. Buna baxmayaraq, qərara sevinirəm. İlkin mərhələ olaraq bu da bir addımdır. Yəqin ki, ilk addım atılsa, yerdə qalan digər xidmətlər də zərfə daxil ediləcək. Biri var, heç olmaya, biri də var tədricən iş gedə. Buna şükür etməliyik”.

Ekspert bu prosesin 2026-ci ilin büdcəsindən nəzərdə tutula biləcəyini düşünür:

"Fövqəladə cari ildə də daxil edilə bilər, ancaq buna inanmıram”. 

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Milli Onkologiya Mərkəzi arasında onkoloji xəstəliklərin sığorta sisteminə daxil edilməsi istiqamətində danışıqlar aparılır. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb. Əgər aparılan danışıqlar nəticə versə, onkoloji tibbi xidmətlərin bir qismi xidmətlər zərfinə daxil ediləcək.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->