Xəbər lenti

İdman 15:10 12.10.2023

Hakim qadın köməkçisi ilə bu davranışına görə cəzalandı (VİDEO)

İtaliyalı hakim Xuan Luka Sakki, matç başlamazdan əvvəl qadın köməkçisi ilə əl sıxmadığı üçün A Seriyasından biroyunluq kənarlaşdırılıb.

Qaynarinfo-nun məlumatına görə, "Sassuolo"  - "Leççe" matçı başlamazdan əvvəl stadionun tunelində mübahisəli məqam yaşanıb. Sakki matçdan əvvəl köməkçisi Françeska Di Monte ilə əl sıxışmayıb. Bu futbolçuların gözü qarşısında baş verib. Belə ki, tuneldə futbolçularla görüşən Sakki Di Monteni görüb onunla salamlaşırmış kimi davransa da sonradan əlini onu geri çəkib. Meydan sahiblərinin kapitanı Qabriel Strefezza isə bu jesti görəndə gülümsəyib. Pərt olan qadın hakim daha sonra başını narazı şəkildə tərpədərək digər oyunçularla birlikdə tunelə doğru gedib.

İtaliyada yayılan xəbərlərə görə, hakim nəinki A Seriyasında bir oyunluq cəzalanıb, həm də davranışının səbəb olduğu biabırçılığa görə şifahi töhmət alıb. Bu, Di Montenin cari mövsüm idarə etdiyi üçüncü Seriya matçı idi. O, həmçinin sentyabrda "Empoli"nin "Salernitana" üzərində 1-0 qələbə qazandığı, "Kalyari"nin "Udineze" ilə 0-0 hesablı heç-heçə etdiyi matçlarda da bayraq qaldırıb. 
 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->