ABŞ-nin müharibə naziri Pit Heqset çərşənbə axşamı ABŞ-nin İrana hərbi əməliyyatların başlanmasından bəri ən güclü zərbələri endirəcəyini vəd edib.
Bu barədə o Ağ Evdə ABŞ lideri Donald Trampla keçirilən mətbuat konfransında bildirib.
"Bu gün ABŞ Prezidentinin göstərişi ilə Yaxın Şərqdə əməliyyat başlayandan bəri ən çox hava zərbəsi endiriləcək, sabah isə bu gündən də çox olacaq", - Pentaqon rəhbəri deyib.
Onun sözlərinə görə, ABŞ qoşunları ölkənin maraqlarını qorumaq və qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün istənilən vaxt istənilən yerə getməyə hazırdır.
"Sonra isə İranın seçimi olacaq. Ağılla seçim edin, çünki Prezident (Tramp - red.) zarafat etmir. Biz dəqiq hərəkət edirik. Biz hava məkanına nəzarət edirik, - Heqset vurğulayıb.
Daha əvvəl Tramp bu mətbuat konfransında bildirib ki, əgər Tehran həmin vaxta qədər Hörmüz boğazını blokadadan çıxarmasa, ABŞ çərşənbə axşamından çərşənbəyə keçən gecə İranı tamamilə məhv edə bilər.
Şərhlər