Naxçıvanda qohumunun evindən oğurluq edən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə mühakimə olunan Gövhər Verdiyeva (şərti) 1 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
İş materiallarına görə, Gövhər Verdiyeva anasının əmisi oğlunun evindən 700 ABŞ dolları və 1500 manat oğurlayıb. Bununla da qohumuna 2690 manat məbləğində ziyan vurub.
Ev sahibləri ondan şübhələnib və hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra oğurluğu Gövhər Verdiyevanın törətdiyi qətiləşib.
O, məhkəmədə verilmiş ittihamla özünü tam təqsirli bilib. Gövhər Verdiyevanın sözlərinə görə, qohumun evinə oğurluq məqsədi ilə getməyib. Sadəcə paltar götürmək üçün otaöa daxil olub. Orada pulu gördükdən sonra oğurlamaq qərarına gəlib.
Seyid
Şərhlər