Xəbər lenti

Hikmət Hacıyev NATO Baş Qərargahında blok rəhbərliyi ilə görüş keçirdi (FOTO)
Siyasət 16:09 28.11.2025

Hikmət Hacıyev NATO Baş Qərargahında blok rəhbərliyi ilə görüş keçirdi (FOTO)

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi "X" hesabında məlumat verib.

Brüsselə səfəri çərçivəsində NATO Baş Qərargahında Azərbaycan Prezidentinin köməkçisi NATO-nun Şimal Atlantik Şurasının səfirləri, eləcə də Baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruqe Borislə görüşüb.

Görüş zamanı NATO-nun Şimal Atlantik Şurası səfirlərinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü xatırlanıb.

Tərəflər genişmiqyaslı məsələlər üzrə, o cümlədən uğurlu Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri barədə, Avropanın enerji təhlükəsizliyi, regional təhlükəsizliyə dair məsələlər və Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->