Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub.
"Report"un məlumatına görə, muxtar respublikanın Baş naziri Cabbar Musayevin aprelin 16-da imzaladığı sərəncamla Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, B.İsmayılov əmək fəaliyyəti dövründə Şahbuz Rayon İcra Hakimiyyətində və Naxçıvan MR Ali Məclisində çalışıb. O, müxtəlif illərdə muxtar respublikanın Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib.
Şərhlər