Xəbər lenti

Hindistan Banqladeşlə sərhədi qorumaq üçün timsah və ilanlardan istifadə edəcək
Dünya 17:00 08.04.2026

Hindistan Banqladeşlə sərhədi qorumaq üçün timsah və ilanlardan istifadə edəcək

Hindistan hakimiyyəti qanunsuz miqrant axınının qarşısını almaq üçün Banqladeşlə sərhədin çətin çatılan hissələrini qorumaq üçün "bioloji baryer"dən istifadə etməyi düşünür. 

Qaynarinfo xəbər verir ki, "The Times" qəzetinin məlumatına görə, "baryer" sərhəd boyunca çaylara və su hövzələrinə buraxılan timsahlar və zəhərli ilanlardan ibarət ola bilər.

Daxili işlər naziri Amit Şahın göstərişi ilə Hindistan Sərhəd Təhlükəsizliyi Qüvvələri müvafiq sorğu təqdim edib. Hindistan-Banqladeş sərhədi təxminən 4100 kilometr uzunluğundadır. Bu sərhədin təxminən 850 kilometri praktik olaraq qorunmur. Çaylar sərhədi keçdiyi üçün orada hasarlar quraşdırmaq mümkün deyil. Bu çaylar tez-tez öz məcralarından çıxır və məcraları dəyişir. Bundan Hindistana keçən Banqladeşlilər istifadə edirlər.

Çətin çatılan əraziləri qorumaq üçün Hindistan hakimiyyəti artıq dron patrullarından və gecəgörmə kameralarından istifadə edib.

Aydın

--> -->