Xəbər lenti

Hindistan və Avstriya aristokratlarının toyu: Bəyin geyimi gündəm oldu (FOTO)
Foto 18:18 18.07.2026

Hindistan və Avstriya aristokratlarının toyu: Bəyin geyimi gündəm oldu (FOTO)

Dünya aristokratiyasının tanınmış nümayəndələri son günlər diqqət mərkəzinə çevrilən möhtəşəm toy mərasimində bir araya gəliblər. Hindistan və Avstriyadan olan cütlük müxtəlif mədəniyyətləri əks etdirən silsilə mərasimlərdən sonra rəsmi nikaha daxil olub.

Qaynarinfo xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirə olunan toyun bəyi Hindistanın qədim zadəgan ailələrindən olan 40 yaşlı Kunvar Dhruv Rac Sinqdir. Gəlin isə 35 yaşlı qrafinya Mari Gizlen fon und zu Eltsdir. O, Bavariyanın sonuncu krallarından biri hesab olunan III Lüdviqin nəslindəndir.

Hindistan və Avstriya aristokrat ailələrini bir araya gətirən toy mərasimi Avstriyanın Bad Auszee şəhərində, Alp dağları bölgəsində keçirilib.

Cütlüyün nikah mərasimi tarixi St. Pauls kilsəsində baş tutub. Orta əsrlərə gedib çıxan tarixə malik kilsədə keçirilən dini nikahdan sonra qonaqlar üçün təntənəli ziyafət təşkil olunub.

Bundan əvvəl isə cütlük hindu ənənələrinə uyğun mərasimlə də evlənib. Daha sonra ənənəvi Bavariya geyimləri ilə keçirilən mərasimdə iştirak edərək ömür boyu birlikdə olacaqlarına söz veriblər.

Toyun ən çox müzakirə olunan detallarından biri bəyin geyimi olub. Adətən toy mərasimlərində diqqət mərkəzində gəlin olsa da, bu dəfə ən böyük marağı hindistanlı bəyin milli üslubda hazırlanan geyimi cəlb edib. O, ənənəvi hind geyimi ilə yanaşı, milli zinət əşyalarından da istifadə edib.

Xüsusilə bəyin başındakı pastel çalarlı, ümumilikdə "paqri” adlandırılan ənənəvi baş sarğısı böyük maraq doğurub. Ailə şəkillərindən birində küləyin təsiri ilə baş sarğısının ucu gəlinin duvağının üzərinə düşüb. Ortaya çıxan bu görüntü mərasim iştirakçılarının gülümsəməsinə səbəb olub.

Qeyd edək ki, toy mərasimində həm Hindistan, həm də Bavariya ənənələrini əks etdirən müxtəlif mərasimlər keçirilib. Bu da iki fərqli mədəniyyətin bir araya gəlməsinin rəmzi kimi qiymətləndirilib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->