Dünya 21:40 13.05.2022

Hindistanda “quş yağışı” ciddi problem yaradıb

Hindistanın qərbi Qucarat bölgəsində xilasedicilər hər gün onlarla göydən düşən quşun həyatı uğrunda mübarizə aparırlar. Quşlar susuzluq və yorğunluqdan taqərlərini itirib yerə çırpılırlar.
 
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, baytarlar və heyvan xilasediciləri yandırıcı istilərin Qucarat vilayətinin əsas şəhərində su mənbələrinin qurumasına səbəb olduğunu vurğulayırlar.
 
Baytarlar yerə düşən quşların bir hissəsini həyata qaytara bilirlər. Lakin ictimai fəallar həyatları təhlükədə olan yüzlərlə göyərçin və bayquşları xilas etmək üçün axtarışa çıxır və onları taparaq, baytarlara təqdim edirlər. 10 ildir quşları xilas etməklə məşğul olan Manoc Bhavsar deyir ki, bu il quşların bəxti qara gəlib:
 
”Son zamanların ən bəd ilini yaşamaqdayıq. Yardımıza ehtiyacı olan quşların sayında artım xeyli çoxdur”.

Nurlan Hüseynov