Dünya 10:45 08.05.2023

Hindistanda turist qayığı batdı, azı 20 nəfər həlak oldu – Çoxu uşaqlardır

Hindistanın Kerala ştatında turist gəmisinin qəzaya uğraması nəticəsində azı 20 nəfər ölüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times of India” məlumat yayıb.

Ümumilikdə 30-dan çox sərnişinin olduğu qayıq Tanur şəhəri yaxınlığında batıb. NDTV xəbər verir ki, xilasetmə əməliyyatına yanğınsöndürmə və polis bölmələri, rəsmi şəxslər, eləcə də yerli sakinlər cəlb olunub.

Kerala ştatının idman naziri V.Abdurahimanın sözlərinə görə, ölənlərin əksəriyyəti məktəb tətili zamanı qayığa minməyə gələn uşaqlardır.

Vitse-prezident Caqdeep Dhankhar, Hindistan Milli Konqresinin lideri Rahul Qandi, prezident Draupadi Murmu və digər rəsmi şəxslər həlak olanların ailələrinə başsağlığı veriblər. Baş nazir Narendra Modi qohumların hər birinə 200 min rupi veriləcəyini vəd edib (təxminən 2,5 min dollar).

Alpər