Xəbər lenti

Hoteldə ölü tapılan vəkil bir neçə gün öncə ata olubmuş
Ölkə 21:04 05.11.2025

Hoteldə ölü tapılan vəkil bir neçə gün öncə ata olubmuş

Xəbər verdiyimiz kimi, Yevlaxda hotellərin birində qalan Bakı sakini 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimlinin meyiti tapılıb.

"Qafqazinfo”nun məlumatına görə, onun içdiyi dərman həblərindən öldüyü məlum olub.

Qeyd edək ki, 37 yaşlı Elkin Kərimli vəkildir. O, Xətai rayonunda yerləşən "Fortiori” vəkil bürosunun üzvü olub.

Əslən Xızının Tıxlı kəndindən olan vəkil ötən il ailə həyatı qurub.
Onun bir neçə gün öncə qızı doğulubmuş.
Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->