Xəbər lenti

İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək
Ekonomiks 17:20 22.06.2026

İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək

Yevlax Şəhər İcra Hakimiyyəti fiziki şəxs Quliyev Əsəd Samid oğlu ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə kondisionerlərə texniki baxış və təmir xidmətləri nəzərdə tutulur. 

İcra hakimiyyəti buna görə Əsəd Quliyevə 13 338,72 manat ödəyəcək. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. 

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. O. 2019-cu ildən bu vəzifədədir. 

Seyid
--> -->