Dünya 14:24 23.06.2023

İlon Maskın anası Zukerberqlə oğlu arasında döyüşü ləğv etdi

Amerikalı iş adamı İlon Maskın anası Mey Mask "Meta Corporation”ın rəhbəri Mark Zukerberqlə oğlu arasında döyüşü ləğv etdiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Twitter"də yazıb. 

"Əslində, mən döyüşü ləğv eləmişəm. Ancaq hələ onlara deməmişəm. Amma hər ehtimala qarşı döyüşün ləğv olunduğunu deməyə davam edəcəyəm”, deyə xanım Mask yazıb.

Mey Mask əlavə edib ki, İlon Mask və Mark Zuckerberg arasındakı duel yalnız sözlə getməlidir. "Kim daha gülməlidirsə, o qalib gəlir" iş adamının anası deyib. Buna cavab olaraq İlon Mask ona gülən emoji göndərib.

Daha əvvəl İlon Mask tvitində Zukerberqlə "qəfəs döyüşünə hazır olduğunu” yazıb. İyunun 21-də İnstaqramda Zukerberql ona "mənə koordinatları göndər” deyə cavab verib. Milyarderlər döyüşün Las-Veqasda keçiriləcəyinə razılaşıblar.

Nizami Bağırov