Xəbər lenti

Şimali Amerikada 23 ölkə və 23 qeyri-müstəqil ərazi var (SİYAHI)
Dünya 12:46 23.11.2025

Şimali Amerikada 23 ölkə və 23 qeyri-müstəqil ərazi var (SİYAHI)

Ümumilikdə, bu qitə 20-dən çox ölkəni əhatə edir və böyük mədəni, iqlim və təbii müxtəlifliyi özündə birləşdirir.

Şimali Amerika təkcə ABŞ, Kanada və Meksikadan ibarət deyil. Əslində qitə 20-dən çox ölkəni əhatə edir və bu ölkələr böyük mədəni, iqlim və təbii müxtəliflik nümayiş etdirir.

Qaynarinfo xəbər verir ki, "Iflscience" saytının yazdığına görə, bu, Mərkəzi Amerika və Karib hövzəsinin Şimali Amerikanın "subregionları" kimi qəbul edilə bilməsi ilə izah olunur. Bu ərazilər nəzərə alındıqda qitəyə 23 müstəqil dövlət daxildir:

Antiqua və Barbuda, Bahamalar, Barbados, Beliz, Kanada, Kosta-Rika, Kuba, Dominika, Dominikan Respublikası, Salvador, Qrenada, Qvatemala, Haiti, Honduras, Yamayka, Meksika, Nikaraqua, Panama, Sent-Kits və Nevis, Sent-Luis, Sent-Vinsent və Qrenadin, Trinidad və Tobaqo, ABŞ və Salvador.

Bundan əlavə, qitəyə 23 digər qeyri-müstəqil ərazi də daxildir:

Anqilya, Aruba, Bermuda adaları, Bonaire, Britaniya Vircin adaları, Kayman adaları, Kliperton adası, Kurasao, Venesuela federal əraziləri, Qrenlandiya, Qvadelupa, Martinika, Montserrat, Puerto-Riko, Turks və Kaykos adaları, Saba, Sent-Bartelm, Sent-Martin, Sent-Pyer və Mikelon, San-Andres və Providensiya, Sint-Eustatius, Sint-Martin və Virgin adaları.

Qitənin tərifi müəyyən mənada mürəkkəbdir və dünyada qitələri rəsmi şəkildə müəyyən edən vahid bir təşkilat mövcud deyil.

Çoxları məktəbdən bilir ki, dünyada altı qitə var: Avrasiya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Antarktida. Lakin qitələrin sayı ölçmə üsulundan asılı olaraq dörd ilə doqquz arasında dəyişə bilər.

Hətta tektonik plitələr nəzərə alınsa belə, nəhəng litofers plitələrinin yavaş hərəkəti səbəbindən qitələrin sərhədləri tam müəyyən deyil.

Şimali Amerika plitəsi ABŞ, Kanada və Meksikanın böyük hissəsini, həmçinin Kubanı, Baham adalarını, Qrenlandiyanı, Sibirinin şimal-qərb ucunu, Şimali Yaponiyanı və İslandiya ilə Azor adalarının bəzi hissələrini əhatə edir.

Nəticədə, qitə anlayışı yalnız geologiya və coğrafiya ilə deyil, həm də siyasət, mədəniyyət və insan tarixi ilə formalaşır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->