Xəbər lenti

İnfantino DÇ planına dəstək üçün ölkələri 40 milyon dollara satın almaq istəyir
İdman 18:30 29.07.2026

İnfantino DÇ planına dəstək üçün ölkələri 40 milyon dollara satın almaq istəyir

Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino dünya çempionatlarının kommersiya hüquqlarının bir hissəsinin satışı planına dəstək müqabilində təşkilata üzv olan 211 milli assosiasiyanın hər birinə 40 milyon ABŞ dolları ayrılmasını təklif edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Məlumata görə, İnfantino üzv assosiasiyalara ünvanladığı məktubda bildirib ki, təklif təsdiqlənərsə, 2027-ci il yanvarın 1-dən etibarən ümumi həcmi 10 milyard dollar olan maliyyə paketi istifadəyə veriləcək.

Əgər mövcud struktur saxlanılarsa və xarici investorların cəlb olunması rədd edilərsə, təşkilat yalnız 2,7 milyard dollarlıq proqramla kifayətlənməli olacaq.

İyulun 28-də yayılan xəbərlərə görə, Canni İnfantino dünya çempionatlarını idarə edəcək ayrıca şirkətin yaradılması və həmin şirkətin səhmlərinin təxminən 20–30 faizinin investorlara satılması imkanını nəzərdən keçirir.

Əldə olunacaq vəsaitin bir hissəsinin milli futbol assosiasiyalarına edilən maliyyə ödənişlərinin artırılmasına yönəldilməsi planlaşdırılır. Hazırda FIFA-ya üzv hər bir ölkənin futbol assosiasiyası təşkilatdan ildə təxminən 2 milyon ABŞ dolları alır.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->