XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Abbasovdan qələbə şərhi: Bütün gücümüzü qoyacağıq
İdman23:29 23.09.2026

Abbasovdan qələbə şərhi: Bütün gücümüzü qoyacağıq

Bizə dəstəkləyən azarkeşlərə təşəkkür edirik. Bilirdik ki, oyun ağır keçəcək. Çünki heyətimiz də qarışıq idi.

Qaynarinfo xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistan yığmasına 1-0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, ikinci hissədə daha fərqli oyun nümayiş etdirdiklərini bildirib.

Baş məşqçi matçın ikinci hissəsində zədələnən Abdulla Xaybullayevin durumunun yaxşı olduğunu qeyd edib.

Mütəxəssis UEFA Millətlər Liqasında qarşılaşacaqları Litva ilə matça ciddi hazırlaşacaqlarını qeyd edib. Onun sözlərinə görə, zədəli oyunçuların durumundan sonra qarşıdakı matç üçün heyət seçimi edəcəklər:

“Məqsəd C Liqasına qayıtmaqdır. Bunun üçün bütün gücümüzü meydanda qoyacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra UEFA Millətlər Liqasında Litva ilə evdə və səfərdə (27 sentyabr, 4 oktyabr), eləcə də Lixtenşteynlə Bakıda (1 oktyabr) üz-üzə gələcək.