Xəbər lenti

İdman 13:05 26.04.2023

İngilis klubundan məyus etdiyi azarkeşlərə jest

"Nyukasl"a səfərdə 6:1 hesabı ilə uduzan "Tottenhem"in futbolçuları matçı tribunadan izləyən azarkeşlərin bilet pulunu geri ödəyəcək.

Qaynarinfo-nun məlumatına görə, "Tottenhem" Premyer Liqanın 32-ci turunda "Nyukasl"a 1:6 hesabı ilə məğlub olub. Hotspur təmsilçisi 21 dəqiqəyə 5 qol buraxıb. Bu məğlubiyyətdən sonra klub səfərə yollanan azarkeşlərin biletə ödədiyi məbləği geri qaytaracaqlarını açıqlayıb. 

Bu haqda "Tottenhem”in sosial şəbəkədəki hesabında açıqlama dərc olunub. Açıqlamada "Komanda olaraq məyusluğunuzu və qəzəbinizi başa düşürük. Bu vəziyyətlərdə sözlərin kifayət etməyəcəyini bilirik, amma inanın ki, belə bir məğlubiyyət acı verir. Meydanda və meydandan kənarda dəstəyinizə görə minnətdarıq və istərdik ki, "St James Park"dakı oyuna gedən azarkeşlərin biletlərini geri qaytaraq. Bunun bazar günü baş verənləri dəyişməyəcəyini bilirik, lakin cümə axşamı "Mançester Yunayted"lə oyunda hər şeyi yoluna qoymaq üçün əlimizdən gələni edəcəyik. Sizin dəstəyiniz bizim üçün çox şey deməkdir. Yalnız birlikdə komandamızı irəli apara bilərik”, deyilib.
 
 
 
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?