Səudiyyə Ərəbistanın "Əl-Əhli” klubunun və İngiltərə milli komandasının hücumçusu Ayvan Toni London gecə klublarından birində ziyarətçiyə qarşı fiziki hücumda ittiham olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Hadisə 2025-ci ilin dekabrında baş verib. İstintaqın məlumatına görə, futbolçu klubun digər ziyarətçisinə başı ilə zərbə vurub. Hadisədən dərhal sonra Toni saxlanılıb, lakin daha sonra girov müqabilində sərbəst buraxılıb.
İş üzrə məhkəmə baxışı 2026-cı il sentyabrın 24-nə təyin edilib.
2026-cı il dünya çempionatında Ayvan Toni İngiltərə millisinin heyətində yer alıb. O, İngiltərənin Fransaya qarşı üçüncü yer uğrunda keçirdiyi görüşdə start heyətində meydana çıxıb.
Aydın
Şərhlər