Xəbər lenti

İnsanı ağıllı edən nədir? - Stiv Cobs həqiqi zəkanın sirrini bilirmiş
Dünya 09:00 29.10.2025

İnsanı ağıllı edən nədir? - Stiv Cobs həqiqi zəkanın sirrini bilirmiş

Tədqiqatlar göstərir ki, ən ağıllı insanlar tez-tez vaxtlarını tək keçirməyi sevirlər. 

Qaynarinfo İnc.com-a istinadən xəbər verir ki, zəka nə qədər yüksəkdirsə, qanunauyğunluqları görmək və nəticələri proqnozlaşdırmaq bacarığına olan inam bir o qədər güclü olur. Baxmayaraq ki, praktikada bu həmişə belə olmur. Ceff Bezos hesab edirmiş ki, yüksək zəkanın əsas göstəricisi öz fikrini dəyişməyə hazır olmaqdır.

Stiv Cobs bunu fərqli görürmüş: "Zəka yalnız yaddaş deyil. Bu, yuxarıdan baxmaq bacarığıdır. Təsəvvür edin ki, şəhərdəsiniz: kimsə xəritə ilə dolaşır və yol tapmağa çalışır, amma siz 80-ci mərtəbədə dayanıb hər şeyi bir anda görürsünüz. Siz başqalarının görmədiyi nöqtələri birləşdirirsiniz".

Stiv Cobs üçün zəka - ideyaları birləşdirmək və başqalarının görmədiyi əlaqələri tapmaq bacarığıdır.

Kristallaşmış və axıcı zəka

Psixoloqlar iki növ zəkanı ayırır:

* Kristallaşmış – yığılan biliklər, faktlar, kitab ağılı.
* Axıcı – yeni məlumatı mənimsəmək, problemləri həll etmək və həllər tapmaq bacarığı – həyat ağılı.

Təhsilli insanlar çoxdur, amma hər kəs çevik düşüncəyə malik deyil. Axıcı zəkanı inkişaf etdirmək üçün daim yeni şeylər öyrənmək lazımdır, tanış sahədə ilişib qalmamaq.

Yeni bir şey öyrəndikdə, beyin daha çox neyron əlaqəsi yaradır – qabığın qalınlığı və fəaliyyəti artır. Amma zaman keçdikcə öyrənməyi dayandıranda fəaliyyət normaya qayıdır. Ona görə də zəkanı qorumağın yeganə yolu – özünüzə davamlı çağırışlar etməkdir.

cobs deyirdi: "Qeyri-adi həllər tapmaq üçün hər kəsin malik olduğu təcrübə ilə kifayətlənmək olmaz. Yalnız müxtəlif təcrübə ideyaları yeni şəkildə birləşdirməyə imkan verir".

Təcrübəniz nə qədər genişdirsə, assosiativ düşüncədən istifadə etmək, görünməyən əlaqələri tapmaq bir o qədər asan olur.

Məsələn, Cobs kaligrafiya kursundan "Apple" şriftləri üçün ilham alıb, Kevin Plank "Under Armour"u Amerika futbolu oyunçusu təcrübəsinə əsaslanaraq yaradıb, Sara Blakli isə "Spanx"ı sıfırdan öyrənərək – patentlərdən satışa qədər hər şeyi öyrənməklə qurub.

Zəka - bilik deyil, birləşdirmək bacarığıdır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->