Xəbər lenti

İnsanlar qarpızdan niyə zəhərlənir və bu nə dərəcədə təhklükəlidir? - Həkim
Sağlamlıq 20:23 12.07.2023

İnsanlar qarpızdan niyə zəhərlənir və bu nə dərəcədə təhklükəlidir? - Həkim

"Qarpızın əkilməsi, böyüməsi və çoxalmasında müəyyən kimyəvi preparatlardan istifadə olunur”. 

Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev Tovuzda bir ailənin 3 üzvünün qarpız zəhərlənməsindən danışarkən deyib. 

Həkim bildirib ki, həmin dərmanların müəyyən hissəsi də becərilmə zamanı qapızın tərkibində qalır: 

"Vətəndaşlar onu kəsib yeyəndə qarpızın tərkibində qalan dərmanlar da orqanizmə keçir. Ona görə də belə hallar baş verir”. 

Namiq Nəbiyev hesab edir ki, zəhərlənmə tək qarpızla əlaqədar deyil: 

"Yay vaxtı olduğundan belə hallar baş verir. Bəzi vətəndaşlar qarpızı kəsib günün altına qoyur. Onu soyuducularda saxlamaq lazımdır. Bu tək qarpızla əlaqədar deyil, görünür orada başqa qidalar da olub. Belə hal olanda qarpızdan zəhərlənmə kimi qeyd olunur. Qarpızdan zəhərlənmə ciddi problemlərə səbəb olmur".

Qeyd edək ki, Tovuzda qarpızdan zəhərlənmə faktı qeydə alınıb. Dondar Quşçu kəndində 1990-ci il təvəllüdlü Xəyal  Məhərrəmov, 1994-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 2014-cü il təvəllüdlü Gülay Bayramova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, onlar qarpız yedikdən sonra zəhərləniblər. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->