Xəbər lenti

Dünya 19:21 07.05.2023

İqlim dəyişikliyi: Asiyada temperatur rekordları qeydə alınır

Vyetnamda ölkə tarixində ən isti temperatur qeydə alınıb. 

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, havanın tempraturu 44 dərəcədən bir qədər çox olub

Ekspertlər iqlim dəyişikliyi səbəbindən bu rekordun da tezliklə qırılmasını proqnozlaşdırırlar.

Rəsmilərin insanlara günün ən isti vaxtlarında evdə qalmaları barədə xəbərdarlıq etdiyi şimaldakı Tan Hoa əyalətində da rekord temperatur qeydə alınıb.

Vyetnamın paytaxtı Hanoyda iqlim dəyişikliyi üzrə ekspert Nguyen Nqoc Huy rekord tempraturun "narahatedici" olduğunu deyib: "İnanıram ki, bu rekord dəfələrlə yenilənəcək. Rekord ekstremal iqlim modellərinin doğru olduğunu təsdiqləyir”.

Sənaye dövrünün əvvəlindən bəri orta qlobal temperatur artıq təxminən 1,1°C istiləşib və hökumətlər karbon emissiyalarını kəskin şəkildə azaltmasa, temperatur yüksəlməyə davam edəcək.

Qeyd olunur ki, digər Asiya ölkələrində də həddindən artıq isti hava müşahidə olunur. Taylandda, qərbdəki Mak əyalətində rekord - 44,6 dərəcə istilik qeydə alınıb. Bu arada Myanma mediası şərqdəki şəhərdə son onilliklərin ən yüksək temperaturu olan 43,8 dərəcənin qeydə alındığını bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->