İqtisadiyyat üzrə Nobel mükafatının laureatları məlum olub.
Qaynarinfo "Nobelprize.org”a istinadən xəbər verir ki, Joel Mokyr, Philippe Aghion və Peter Howitt mükafatın laureatı olub.
Joel Mokir, Filippe Aghion və Peter Houittə "innovasiya əsaslı iqtisadi artımı izah etdiklərinə görə” mükafat təqdim edilib.
Mükafatın yarısı Joel Mokirə "texnoloji tərəqqi vasitəsilə davamlı artımın ilkin şərtlərini müəyyən etdiyinə görə”, digər yarısı isə Filippe Aghion və Peter Houittə "yaradıcı dağıdılma (creative destruction) vasitəsilə davamlı artım nəzəriyyəsinə görə” birgə verilir.
Xatırladaq ki, ötən il İqtisadiyyat üzrə Nobel mükafatı Daron Əcəmoğlu, Saymon Conson və Ceyms A.Robinsona verilmişdi.
Şərhlər