Xəbər lenti

İranla ABŞ arasında anlaşma memorandumu - TAM MƏTN
Dünya 16:02 18.06.2026

İranla ABŞ arasında anlaşma memorandumu - TAM MƏTN

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə imzalanmış və ABŞ Prezidenti Donald Trampın imzasının da yer aldığı memoranduma dair sənədin skanını yayımlayıb. 

Qaynarinfo sənədin tərcüməsini təqdim editr.

1. Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası, eləcə də hazırkı müharibədə onların müttəfiqləri bu memorandumun imzalanması ilə bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və tam dayandırıldığını bəyan edir və bundan sonra bir-birinə qarşı heç bir müharibə və ya hərbi əməliyyat aparmamağı, həmçinin güc tətbiq etməməyi və ya təhdid etməməyi öhdələrinə götürürlər. Yekun saziş bu müddəaları təsdiqləyəcək.

2. Tərəflər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, daxili işlərə müdaxilə etməməyi öhdələrinə götürürlər.

3. Tərəflər maksimum 60 gün ərzində, qarşılıqlı razılaşma ilə uzadıla biləcək şəkildə, yekun saziş üzrə danışıqları aparmağı və razılığa gəlməyi öhdələrinə götürürlər.

4. Memorandum imzalandıqdan dərhal sonra ABŞ İran əleyhinə dəniz blokadasını və maneələri aradan qaldırmağa başlayacaq və 30 gün ərzində tam dayandıracaq. Bu müddətdə gəmi hərəkəti müharibədən əvvəlki səviyyəyə uyğun olaraq bərpa olunacaq. ABŞ həmçinin yekun sazişdən sonra 30 gün ərzində sərhəd bölgələrdən qoşunlarını çıxarmağı öhdəsinə götürür.

5. İran kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün 60 gün ərzində tədbirlər görəcək. Ormuz boğazında təhlükəsizlik və dəniz xidmətləri ilə bağlı gələcək idarəetmə Omanla və Körfəz ölkələri ilə beynəlxalq hüquq çərçivəsində müzakirə olunacaq.

6. ABŞ və regional tərəfdaşlar İranın bərpası və iqtisadi inkişafı üçün ən azı 300 milyard dollar ayrılmasını nəzərdə tutan plan hazırlamağı öhdələrinə götürürlər.

7. ABŞ bütün sanksiyaları mərhələli şəkildə ləğv etməyi öhdəsinə götürür. İran nüvə silahı əldə etməyəcəyini təsdiqləyir. Nüvə materiallarının idarə olunması üzrə mexanizm MAQATE nəzarəti altında müəyyən ediləcək.

8. Tərəflər İranın nüvə proqramı üzrə status-kvonun yekun sazişə qədər saxlanılmasına razıdırlar.

9. ABŞ İran neftinin ixracı üçün icazələri dərhal aktivləşdirəcəyini öhdəsinə götürür.

10. Dondurulmuş İran aktivlərinin istifadəyə verilməsi təmin ediləcək.

11. Monitorinq mexanizmi yaradılacaq.

12. Yekun saziş danışıqlardan sonra hazırlanacaq və BMT Təhlükəsizlik Şurasının təsdiqinə təqdim olunacaq.

Qeyd: Sənədin məzmunu beynəlxalq diplomatik formatda təqdim olunub və yekun hüquqi qüvvə yalnız son sazişdən sonra qüvvəyə minir.

Aydın


--> -->