XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İraq Kürdüstanının qaz yataqlarına raket hücumu oldu
Dünya06:56 26.07.2022

İraq Kürdüstanının qaz yataqlarına raket hücumu oldu

İraqdakı yerli media ölkənin şimalında, İraq Kürdüstanının Süleymaniyyə şəhərindəki Kormor qaz yatağının raketlə hədəf alındığını bildirib.
Qaynarinfo bu barədə "Elbalad" saytına istinadən xəbər verir.
İraq rəsmiləri dünən axşam bazar ertəsi İraqın şimalındakı Kormor qaz yatağına raketlərin düşdüyünü, lakin hələlik hər hansı dağıntı və ya xəsarət aşkar etmədiklərini bildiriblər.
Bu, iyunun sonundan bəri eyni sahəyə dördüncü hücumdur, Kürdüstandakı digər saytlar isə son aylarda oxşar hücumların şahidi olub.
İraqlı bir rəsmi Kormor sahəsinin üç "Katyuşa” raketi ilə bombalandığını təsdiqləyərək əlavə edib: "Hələlik itkilər məlum deyil və itkiləri öyrənmək üçün araşdırmalarımız davam edir”.
M.Arif